Süni İntellekt

Alyans AI Solutions — “Alyans Qrup” holdinqinin tərkibində texnologiya şirkətidir. Şirkət süni intellekti tikinti və mühəndislik, yaşıl enerji, dövlət qurumları, bank və təhsil sahələrində fəaliyyət göstərən təşkilatların əməliyyat və maliyyə məsələlərinin həllinə tətbiq edir.

Qurduğumuz sistemlər mövcud iş axınının içində işləyir və işə başlamazdan əvvəl razılaşdırılmış göstərici ilə ölçülür.

Strateji tərəfdaşlıq

1995-ci ildən fəaliyyət göstərən, İtaliya və dünyanın 33 ölkəsində 90-dan çox layihə üzərindən İT konsaltinq, rəqəmsallaşma və sistem inteqrasiyası üzrə təcrübəyə malik ALFA SISTEMI ilə strateji tərəfdaşlıq edirik.

Məqsədimiz “Alfa Sistemi”-nin beynəlxalq layihələrdə formalaşmış texniki və sistem inteqrasiyası təcrübəsinə arxalanaraq istənilən təşkilatın real iş prosesində vaxtın, enerjinin, maliyyənin və insan resurslarının harada itirildiyini müəyyən etmək və bunu ölçülə bilən nəticəyə çevirən həllər qurmaqdır.

Tərəfdaşlıq çərçivəsində:

  • beynəlxalq təcrübəni Azərbaycanın yerli tələblərinə uyğunlaşdırırıq;

  • mövcud sistemləri dəyişdirmək əvəzinə, mümkün olduqda onları inteqrasiya edirik;

  • müştərinin öz məlumatları əsasında işləyən həllər qururuq;

  • süni intellekt, avtomatlaşdırma, analitika və ağıllı idarəetmə imkanlarını real biznes proseslərinə tətbiq edirik;

  • məlumatların məxfiliyi, təhlükəsizliyi və saxlanma mühiti əvvəlcədən müəyyən edilir;

  • həllin yalnız qurulmasını deyil, tətbiqini, işçilərin hazırlanmasını və sonrakı texniki dəstəyi də təmin edirik.

Bizim yanaşmamız sadədir: beynəlxalq texnologiya + yerli bilik + ölçülə bilən nəticə.

Sahələr

Tikinti və mühəndislik

Binaların layihələndirilməsi, tikintisi və istismarı üzrə rəqəmsal həllər: BMS, enerji və su sərfiyyatının optimallaşdırılması, HVAC və işıqlandırmanın ağıllı idarə edilməsi, avadanlıqların vəziyyətə əsaslanan texniki xidməti, cizgi və spesifikasiyaların təhlili, tender və tikinti proseslərinin monitorinqi.

Yaşıl enerji

Bərpa olunan enerji potensialının təhlili, istehsal proqnozlaşdırılması, istehsal-ötürülmə-paylaşma-akkumulyasiyanın idarə edilməsi və enerji məhsuldarlığının monitorinqi. Məqsəd enerji investisiyasının nəticəsini real məlumatlarla ölçmək və optimallaşdırmaqdır.

Dövlət və ictimai sektor

Satınalma və xərclərin təhlili, normativ sənədlərin emalı, arxiv və məlumatların təsnifatı, çoxdilli vətəndaş xidmətləri və dövlət qurumları üçün rəqəmsal həllər.

Bank və maliyyə

Kredit və risk analitikası, daxili nəzarət və uyğunluq, müştəri kommunikasiyaları və hesabatlılıq. Həllər mövcud bank sistemləri ilə inteqrasiya olunur və məlumat təhlükəsizliyi nəzərə alınır.

Təhsil

Süni İntellekt üzrə təlimlərin keçirilməsi, Sİ üzrə ixtisaslaşmış mütəxəssislərin hazırlanması, tədris materiallarının hazırlanması, qiymətləndirmə və inzibati proseslərin avtomatlaşdırılması.

Necə işləyirik

Hər layihə mövcud prosesin təhlili və ölçülə bilən nəticənin müəyyənləşdirilməsi ilə başlayır.

Daha sonra həll müştərinin məlumatları və mövcud sistemləri əsasında hazırlanır, inteqrasiya edilir, istifadəçilər öyrədilir və texniki dəstək təmin olunur.

Yəni biz sadəcə proqram təminatı təqdim etmirik — problemin müəyyənləşdirilməsindən tətbiqə və nəticənin ölçülməsinə qədər bütün prosesi idarə edirik.